“Qarabağ”ın qazancı 6 milyona yaxındır

28 İyul 2022, 15:57
“Qarabağ”ın qazancı 6 milyona yaxındır
“Qarabağ”ın qazancı 6 milyona yaxındır

Xəbər verdiyimiz kimi, “Qarabağ” UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinə adlayıb.

“Qafqazinfo” xəbər verir ki, Qurban Qurbanovun komandası bununla da UEFA Konfrans Liqasının qrup mərhələsində oynamağı təmin edib. 

Bu isə ağdamlılara 2,9 milyon avro qazandırıb. 

Həmçinin, komandamız 3-cü mərhələyə keçdiyinə görə 480 min avro əldə edib. Bununla da komanda ümumilikdə 3 milyon 380 min avro (5 milyon 863 min manat) qazanıb. 

Bundan başqa “Qarabağ” Avropa Liqasının pley-off mərhələsini təmin edib.