“Qarabağ”ın növbəti rəqibi - Prezidenti azərbaycanlıdır

28 İyul 2022, 15:56
“Qarabağ”ın növbəti rəqibi - Prezidenti azərbaycanlıdır
“Qarabağ”ın növbəti rəqibi - Prezidenti azərbaycanlıdır

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinə adlayan “Qarabağ”ı qarşıda daha bir ağır sınaq gözləyir. “Qafqazinfo” xəbər verir ki, Qurban Qurbanovun komandası bu dəfə son illərdə uğurları ilə göz oxşayan Macarıstanın “Ferençvaroş” klubu ilə üz-üzə gələcək. 

Macarıstanın paytaxtı Budapeşti təmsil edən bu klub 1899-cu ildə yaradılıb. Avrokuboklarda kifayət qədər uğurlu yol cızan klub 1964-65-ci illər mövsümündə Yarmarkalar Kubokunun (hazırda Avroliqa adlanır) finalında “Yuventus”u məğlub edib kuboka sahib çıxır. Bundan sonra da “Ferençvaroş” qitə arenalarında azarkeşlərini sevindirən çıxışına davam edib. 

“Yaşıl qartallar” ölkə daxilində də xeyli kuboklar qazanıb. Onlar 33 dəfə ölkə çempionu olub, 24 dəfə ölkə kubokunu başı üzərinə qaldırıb. Komanda oyunlarını paytaxt Budapeştdə yerləşən 22 min azarkeş tutumuna malik “Ferençvaroş Arena”da keçirir.