"Report" xəbər verir ki, bunu Azərbaycanla Səudiyyə Ərəbistanı arasında əməkdaşlıq üzrə Müştərək Komissiyanın Bakıda keçirilən 7-ci iclasında maliyyə naziri (Komissiyanın Azərbaycan tərəfdən həmsədri) Samir Şərifov bildirib.
"Biz Səudiyyə Ərəbistanının işğalçı Ermənistanla diplomatik münasibətlərin qurmamasını yüksək qiymətləndiririk, bu mövqeyə görə minnətdarıq. Dünən Səudiyyə Ərəbistanından gələn nümayəndə heyəti Zəngilana səfər edib. Biz bu səfəri də yüksək qiymətləndiririk. Onlar səfər zamanı erməni barbarların torpaqlarımızda törətdiyi vəhşiliklərlə tanış olublar", - o deyib.
"2022-ci il iki ölkənin münasibətlərində əlamətdar ildir. Azərbaycanla Səudiyyə Ərəbistanı arasında münasibətlərin qurulmasının 30-cu ildönümünü qeyd edirik. Bu gün Azərbaycanla Səudiyyə Ərəbistan arasında münasibətlər güclü siyasi zəmin əsasında inkişaf edir. Bu baxımdan ölkələrimizin siyasi rəhbərliyi arasında yaradılmış münasibətlər xüsusi rol oynayır. İki ölkə arasında əlaqələrin daha da genişləndirilməsi üçün potensial var", - nazir əlavə edib.