Qarabağda yol çəkilişlərinə Türkiyənin beş şirkəti - CƏLB EDİLİB

25 Avqust 2022, 14:04
Qarabağda yol çəkilişlərinə Türkiyənin beş şirkəti - CƏLB EDİLİB
Qarabağda yol çəkilişlərinə Türkiyənin beş şirkəti - CƏLB EDİLİB

Azad olunan ərazilərin yol infrastrukturunun tikintisində Azərbaycan və Türkiyə şirkətlərindən başqa heç bir xarici şirkət fəaliyyət göstərmir.

Bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov deyib. O bildirib ki, həmin işlərdə yalnız 5 Türkiyə şirkəti fəaliyyət göstərir.

"Qalan yolların tikintisində Azərbaycan şirkətləri və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin öz təsərrüfatları iştirak edir. Yol sisteminə başqa heç bir xarici dövlət şirkəti cəlb edilməyib",- S.Məmmədov deyib. (Trend)