“Meyitdən orqan transplantasiyası qanunda öz əksini tapsa da, müasir Azərbaycan tibb praktikasında bu əməliyyat icra olunmayıb”.
O bildirib ki, bunun səbəbi vəfat edən şəxsin yaxınlarının buna hazır olmamasıdır:
“Bu bir az da mentalitet məsələsidir. Amma Azərbaycan tarixində belə bir praktika var. İlk dəfə Cavadzadə tərəfindən 1974-cü ildə 4 insana böyrək transplantasiyası həyatını itirmiş insanların orqanlarından istifadə olunaraq tətbiq olunub. Amma daha sonra bunun davamı olmayıb. Bu əslində nə dini, nə də milli dəyərlərlə uyğunlaşan bir haldır. Çünki bir insanın həyatını qurtarmaq, dünyanı xilas etməyə bərabərdir. Həyatını itirən insanlardan orqan transplantasiyası əməliyyatları İranın Təbriz şəhəri və Türkiyədə həyata keçirilir. Yəni dini baxımdan burada bir qadağa yoxdur. Bu əməliyyatların Azərbaycanda həyat keçirilməməsi nə dini, nə də hüquqi məsələdir. Cəmiyyətin bu hadisəyə qarşı həssalığı var”.