Putin Azərbaycandakı rus məktəblərinə belə münasibət bildirdi

6 İyun 2024, 8:22
Putin Azərbaycandakı rus məktəblərinə belə münasibət bildirdi
Putin Azərbaycandakı rus məktəblərinə belə münasibət bildirdi

“Rusiya-Azərbaycan münasibətləri uğurlu, etibarlı və çox praqmatik inkişaf edir”.

“Qafqazinfo” xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin xarici media orqanlarının rəhbərləri ilə görüşündə bildirib.

Rusiya dövlət başçısı qeyd edib ki, Rusiya-Azərbaycan dövlətlərarası əlaqələri məhz qarşılıqlı maraqlara və müəyyən dərəcədə qarşılıqlı simpatiyaya əsaslanır.

O, Azərbaycanda rus dilində 300-dən artıq məktəbin fəaliyyət göstərməsinə başqa cür izahın tapa bilmədiyini bildirib.