Pərviz Şahbazov: “Britaniya Azərbaycana 34 milyard ABŞ dolları sərmayə yatırıb”

30 May 2023, 12:55
Pərviz Şahbazov: “Britaniya Azərbaycana 34 milyard ABŞ dolları sərmayə yatırıb”
Pərviz Şahbazov: “Britaniya Azərbaycana 34 milyard ABŞ dolları sərmayə yatırıb”

“Birləşmiş Krallıq 34 milyard ABŞ dolları sərmayə yatırımı ilə Azərbaycanda ən böyük xarici investordur”.

“Report” xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazovun Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson ilə keçirilən görüşdə bildirilib.

Görüşdə tərəflər təmiz enerjiyə keçid istiqamətində, həmçinin Hökumətlərarası Komissiya çərçivəsində əməkdaşlığın inkişafına dair müzakirələr aparıb.

Bununla bağlı P. Şahbazov özünün tviter hesabında paylaşım edib.