Polşa Rusiyadan 47 mlrd. dollarlıq təzminat - TƏLƏB EDƏCƏK

27 Fevral 2023, 11:07
Polşa Rusiyadan 47 mlrd. dollarlıq təzminat - TƏLƏB EDƏCƏK
Polşa Rusiyadan 47 mlrd. dollarlıq təzminat - TƏLƏB EDƏCƏK

Varşava 2022-ci ildən bəri Ukrayna münaqişəsi nəticəsində Polşaya dəymiş ekoloji zərərə görə Rusiyadan 47 milyard dollar həcmində təzminat tələb edəcək.

Bunu fevralın 26-da Polşanın iqlim naziri Anna Moskva 35-ci Karpat Avropa Konfransında deyib.

Polşalı nazir qeyd edib ki, 2022-ci ildə Ukrayna ərazisinə 33 milyon ton istixana qazı buraxılıb və qoruq ərazilərin 20%-i zədələnib.

Anna Moskva vurğulayıb ki, Karpatların təbiətinə dəyən ziyana görə Rusiyadan hesab istəyəcəklər.

“Polşa olaraq biz Karpatlar üçün təzminat tələb edəcəyik”, – deyə nazir bəyan edib. (Oxu.az)