Neft Fondunun vəsaitləri zərərlə idarə olunub – 2,4 MİLYARD DOLLAR İTİRİLİB - RƏQƏMLƏR AÇIQLANDI

25 İyun 2023, 9:50
Neft Fondunun vəsaitləri zərərlə idarə olunub – 2,4 MİLYARD DOLLAR İTİRİLİB - RƏQƏMLƏR AÇIQLANDI
Neft Fondunun vəsaitləri zərərlə idarə olunub – 2,4 MİLYARD DOLLAR İTİRİLİB - RƏQƏMLƏR AÇIQLANDI

Dövlət Neft Fondu 2022-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb. 

FED.az Fonda istinadən xəbər verir ki, 2022-ci ildə Neft Fondunun 49 milyard dollarlıq vəsaiti idarə edib.

Fondun pulları müxtəlif sahələrə yatırılıb. Belə ki, investisiyalarda 

- portfelin 62,1% və ya 30,4 milyard dollarlıq hissəsi borc öhdəlikləri və pul bazarları alətlərinə,

- portfelin 19,6% və ya 9,6 milyard dollarlıq hissəsi səhmlərə, 

- portfelin 6,2% və ya 3,1 milyard dollarlıq hissəsi daşınmaz əmlaka,

- portfelin 12,1% və ya 5,9 milyard dollarlıq hissəsi isə qızıla investisiya edilib.

Cədvəl: İnvestisiya portfelinin aktiv növləri üzrə dinamikası

Fonddan bildirilib ki, yaranma tarixindən 2022-ci ilin sonuna qədər ARDNF investisiya portfelinin idarə olunmasından toplam 7,8 milyard ABŞ dolları gəlir əldə edib ki, bu da illik ifadədə 2,3% gəlirliliyə bərabərdir.

Amma 2022-ci ildə Fondun gəlirliliyi -5,2% olub, yəni portfel zərərlə idarə edilib.

Cədvəl: İnvestisiya portfeli üzrə orta illik gəlirlilik

Halbuki, 2021-ci ildə investisiya portfelinin gəlirliyi 4,5%, 2020-ci ildə 2,8%, 2019-cu ildə 5,3%, 2018-ci ildə isə 0,3% olmuşdu.

Cədvəl: Maliyyə aktivlərinin illər üzrə gəlirlilik göstəriciləri

Məbləğ ifadəsində götürəndə Neft Fondu 2022-ci ildə investisiya portfelinin zərərlə idarə olunmasına görə, 2022-ci  ildə 2 milyard 461 milyon dollar (və ya 4,2 milyard manat) itirib. 

Halbuki, 2021-ci ildə fond portfelinin idarəçiliyindən 1 934 milyon dollar, 2020-ci ildə isə 1164 milyon dollar qazanmışdı.

Cədvəl: Maliyyə aktivlərinin illər üzrə gəlir/zərər göstəriciləri (milyon ABŞ dolları ilə)

Fonddan verilən məlumata görə, 2022-ci ildə Fondun investisiya portfelində sabit gəlirli qiymətli kağızlar (yəni əsasən xarici istiqrazlar) 3,8%, səhmlərə yatırılan investisiyalar isə 16,7% geriləyib.

Cədvəl: İnvestisiya portfelinin maliyyə alətləri üzrə gəlirliliyi

Cədvəl: Valyuta məzənnəsinin dəyişikliyi nəzərə alınmadan rüblük gəlir göstəriciləri

Əvəzində daşınmaz əmlaka investisiyalar 9,2% dəyər qazanıb, amma daşınmaz əmlaka yatırımlar potfeldə kiçik paya (cəmi 6,2%) malik olduğundan onun artımı ümumi gəlirlərə ciddi təsir etməyib.