NATO-nun 2026-cı ildə baş tutacaq sammiti Ankarada keçiriləcək

30 İyun 2025, 21:27
NATO-nun 2026-cı ildə baş tutacaq sammiti Ankarada keçiriləcək
NATO-nun 2026-cı ildə baş tutacaq sammiti Ankarada keçiriləcək

“NATO-nun 2026-cı ildə baş tutacaq sammiti Ankarada keçiriləcək”.

“Report” xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

“NATO-nun Haaqa sammitində bizim üçün mühüm qərar qəbul edilib. Türkiyə 2026-cı ilin iyulunda NATO dövlət və hökumət başçılarının sammitinə ev sahibliyi edəcək. Alyansın liderlərini paytaxtımız Ankarada qəbul edəcəyik. Çox vacib qərarlar qəbul etmək üçün zəmin hazırlayacağıq”, - deyə o qeyd edib.