"Ən böyük reklamçıların üçdə birindən çoxu Twitter-də reklamı dayandırıb"

24 Noyabr 2022, 13:15
"Ən böyük reklamçıların üçdə birindən çoxu Twitter-də reklamı dayandırıb"
"Ən böyük reklamçıların üçdə birindən çoxu Twitter-də reklamı dayandırıb"

“Twitter” sosial şəbəkəsi ilə əməkdaşlıq edən 100 ən böyük reklamçının üçdə birindən çoxu platformada reklamı dayandırıb. Bu da sosial şəbəkənin yeni sahibi İlon Maskın hərəkətləri səbəbindən onların “sayıqlığından” xəbər verə bilər. 

Marja xəbər verir ki, bu barədə çərşənbə axşamı marketinq məlumatlarını təhlil edən "The Washington Post" məlumat yayıb.

Qəzet bildirir ki, Mask xərcləri azaltmaq və Twitter üçün alternativ gəlir mənbələri tapmağa çalışsa da, sosial şəbəkə hələ də reklamdan kifayət qədər asılıdır. Keçən il şirkətin 5 milyard dollarlıq gəlirinin təxminən 90%-i reklamdan əldə edilib. 

Oktyabrın 27-də Mask eyniadlı sosial şəbəkənin sahibi Twitter-i almaq üçün 44 milyard dollarlıq müqavilə bağlayıb.