Mərkəzi Bankının valyuta ehtiyatları fevralda azalıb

1 Mart 2023, 23:02
Mərkəzi Bankının valyuta ehtiyatları fevralda azalıb
Mərkəzi Bankının valyuta ehtiyatları fevralda azalıb

Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi açıqlanıb.

PRA.az AMB-yə istinadla xəbər verir ki, bu il martın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 9 milyard 43,8 milyon ABŞ dolları təşkil edib. Bu, ötən ayın eyni dövrü ilə müqayisədə 17,6 milyon dollar azdır.