Mərkəzi Bank inflyasiya artımının qarşısını almaq üçün addımlar atır” - Sədr

25 Oktyabr 2022, 21:27
Mərkəzi Bank inflyasiya artımının qarşısını almaq üçün addımlar atır” - Sədr
Mərkəzi Bank inflyasiya artımının qarşısını almaq üçün addımlar atır” - Sədr

 

“Azərbaycanda son 9 ayın makroiqtisadi nəticələrinə əsasən, Ümumi Daxili Məhsul (ÜDM) 98 milyarda çataraq 5,6 faiz real artım göstərib”.

“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisdə deputatlarla görüşü zamanı Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib.

Onun sözlərinə görə, qeyri-neft sektorunda bu göstərici 10,1 faizdir.

Taleh Kazımov qeyd edib ki, ölkəmizin xarici ticarəti 19,2 milyard ABŞ dolları olub: “Valyuta ehtiyatında 3,5 faiz artım var. Mərkəzi Bankın ehtiyatları isə 8,4 faiz artaraq 7,7 milyard dollara çatıb”.