Mərkəzi Bank 2023-cü ildə iqtisadi artım olacağını proqnozlaşdırır

16 Noyabr 2022, 21:28
Mərkəzi Bank 2023-cü ildə iqtisadi artım olacağını proqnozlaşdırır
Mərkəzi Bank 2023-cü ildə iqtisadi artım olacağını proqnozlaşdırır

 

“Mərkəzi Bank 2023-cü ildə iqtisadi artım olacağını proqnozlaşdırır”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib.

AMB sədri bildirib ki, məqsədləri gələn il və növbəti 3 ildə gəlirlik əyrisinin formalaşmasıdır: “Maliyyə sektorunun inkişafı növbəti illərdə əsas hədəflərdən biri olacaq. Hazırda AMB orta dövr üzrə maliyyə sektorunun inkişafı üzərində işləyir. Maliyyə sektorunun tənzimlənməsi, sektorda aparılan maliyyə əməliyyatlarına nəzarət etmək üçün müasir texnologiyanın tətbiqi planlaşdırılır. AMB bundan sonra da ölkədə makroiqtisadi sabitliyi və inkişafı dəstəkləyəcək”.