Moskvada pilotsuz uçuş aparatlarının istifadəsinə qadağa tətbiq edilib.
“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, qərar bu gündən qüvvəyə minir.
Bildirilib ki, dövlət orqanlarının qərarları ilə istifadə edilən PUA-lar həmin qadağaya aid edilməyib.
Qeyd edək ki, Kremlə PUA-larla zərbə endirilməyə cəhd edilib. Rusiyalı hərbçilər və xüsusi xidmət orqanları gecə 3 radələrində Kremlə hücum edən iki pilotsuz uçuş aparatını zərərsizləşdirib. Hadisə zamanı xəsarət alan olmayıb.