Məktəblər yenidən bağlana bilər? – NAZİRDƏN AÇIQLAMA

27 İyul 2022, 21:21
Məktəblər yenidən bağlana bilər? – NAZİRDƏN AÇIQLAMA
Məktəblər yenidən bağlana bilər? – NAZİRDƏN AÇIQLAMA

 

 

Təhsil naziri Emin Əmrullayev koronavirusa yoluxmaların artması fonunda məktəblərin sentyabrda açılmayacağı ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

O,bildirib ki, pandemiya dövründə sürprizlər həmişə olur.

“Artıq iki il ərzində kifayət qədər təcrübə toplamışıq. Ötən il günlərin sayını azaltmadan təhsili ümumilikdə bağlamadıq. Düşünürəm ki, yoluxmalar artarsa, yenə həmin təcrübə tətbiq oluna bilər. Payız aylarında yoluxma arta bilər. Bu, ayrı-ayrı məktəblərdə siniflərin müvəqqəti bağlanmasına səbəb ola bilər. Lakin təhsilin tamamilə bağlanması nəzərdə tutulmur”, - nazir vurğulayıb. (Apa)