Minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilib.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Qeyd edək ki, hazırda minimum aylıq əməkhaqqının məbləği 2023-cü il yanvarın 1-dən 345 manat təşkil edir.
Əlinlə ver, ayağınla axtar - Borc verənlərin vəziyyətini ifadə edən bu və ya digər oxşar məsəllər indi daha aktualdır. Bütün dünyada olduğu kimi, Azərbaycanda da borclanma iqtisadi münasibətlərin istiqamətlərindən birini təşkil edir. Əslində isə bu məsələ də qanunvericiliklə tənzimlənir.
Böyük Yeddilik (G-7) ölkələrinin maliyyə nazirləri qlobal enerji bazarlarındakı gərginliyi müzakirə etmək üçün təcili toplantı keçirəcək. Bu barədə “Financial Times” qəzeti G-7-dən yüksək vəzifəli mənbələrə istinadən məlumat yayıb.