McKinsey: "Dünya bankları yaxın 14 ildə rekord gəlir əldə edəcəklər"

2 Dekabr 2022, 11:08
McKinsey: "Dünya bankları  yaxın 14 ildə rekord gəlir əldə edəcəklər"
McKinsey: "Dünya bankları yaxın 14 ildə rekord gəlir əldə edəcəklər"

McKinsey şirkəti qlobal bank sənayesinin cari vəziyyəti ilə bağlı Qlobal Bankçılıq İllik İcmalını (Global Banking Annual Review) dərc edib.

FED.az xəbər verir ki, hesabat müəllifləri qeyd edirlər ki, 2022-ci ildə banklar 14 il ərzində rekord rentabelliyə nail olacaq, kapitalın gəlirliliyi ilin sonuna kimi 11,5-12,5%-ə yüksələcək.

Bütövlükdə bank sektorunun gəliri, McKinsey-ə görə, bu il təxminən 5,5% artaraq 6,5 trilyon dollar təşkil edəcək. Bu daha çox bir neçə il əvvələdək çox aşağı səviyyədə qalan faiz dərəcələrinin artması ilə bağlıdır.

Ən böyük bankların kapitalının adekvatlıq əmsalı da rekord yüksək səviyyədədir - 14-15%.

Eyni zamanda, hesabat müəllifləri qeyd edirlər ki, pandemiyanın nəticələrindən yenicə çıxmış banklar yeni problemlərlə üzləşiblər. «Dünyadakı banklar üçün 2022-ci ildə makroiqtisadi dəyişkənlik və geosiyasi təlatümlər, indiyədək mövcud olan sabitlik fikirlərini alt-üst edib».

McKinsey analitikləri regionlar və sahələr üzrə əsas göstəricilər üzrə banklar arasındla artan fərqləri də qeyd edirlər. Belə ki, ABŞ, Kanada və Cənubi Afrika, Meksika və Hindistan da daxil olmaqla bir çox inkişaf etməkdə olan ölkələrin bankları üçün il əsasən uğurlu olmuşdur. Eyni zamanda, bir çox Avropa bankları mənfəət əldə edə bilmirlər. Sektorlar baxımından fintech xidmətləri və pərakəndə bankçılıq ənənəvi bankçılıq və sərvət idarəçiliyindən daha yaxşı performans göstərir.