Martın sonunda Azərbaycanın İsraildə səfirliyi - AÇILACAQ

3 Mart 2023, 13:13
Martın sonunda Azərbaycanın İsraildə səfirliyi - AÇILACAQ
Martın sonunda Azərbaycanın İsraildə səfirliyi - AÇILACAQ

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov martın sonunda İsrailə səfər edəcək. Səfər çərçivəsində nazir Azərbaycanın Təl-Əvivdəki səfirliyinin açılış mərasimində iştirak edəcək.

İsrailin “Ynet” portalının yaydığı məlumta görə,  səfər martın 29-da baş tutacaq.

“Səfər çərçivəsində Bayramov İsrailin xarici işlər naziri Eli Kohen, Prezident İsaak Hersoq və baş nazir Binyamin Netanyahu ilə danışıqlar aparacaq”, - deyə nəşr qeyd edir.

Prezident İlham Əliyev 2022-ci il noyabrın 18-də “Azərbaycan Respublikasının İsrail Dövlətində (Təl-Əviv şəhərində) səfirliyinin təsis edilməsi haqqında” Qanun imzalayıb. Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov martın 2-də etimadnaməsinin surətini İsrail Xarici İşlər Nazirliyinin Protokol şöbəsinin rəisi Gil Haskelə təqdim edib. (İnterfaks-Azərbaycan)