Magistraturaya qəbul imtahanı bu tarixdə keçiriləcək

13 Dekabr 2022, 12:03
Magistraturaya qəbul imtahanı bu tarixdə keçiriləcək
Magistraturaya qəbul imtahanı bu tarixdə keçiriləcək

Magistraturaya qəbul imtahanının (I cəhd) 2023-cü il fevralın 19-da keçirilməsi nəzərdə tutulur.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Bildirilib ki, imtahanda iştirak etmək istəyənlərin elektron sənəd qəbulu yanvarın 24-dən fevralın 9-dək aparılacaq.