Bakupost.az xəbər verir ki, Milli Məclisin deputatı Vüqar Bayramov gələn il əmək haqqı və pensiyaların nə qədər artacağını şərh edib.
Deputat bildirib ki, 2023-cü ilin dövlət büdcəsində birbaşa sosial müdafiə və sosial təminat xərcləri 3 milyard 728 milyon manatdan 4 milyard 411 milyon manatadək artırılır:
“Gələn il büdcəsinin 23.7 faizi əməyin ödənilməsinə yönəldiləcək. Bu həmin istiqamətə 6 milyard 495 milyon manat vəsaitin ayrılacağı deməkdir. Bu 2022-ci ilin dövlət büdcəsində həmin istiqamət üzrə xərclə müqayisədə 5.2, ötən ilki faktiki göstəriciyə nəzərən isə 30.6 % faiz artım deməkdir. 2023-cü il üzrə dövlət büdcəsinin xərclərinin iqtisadi təsnifatında sosial ödənişlərə isə 4 milyard 61 milyon manat nəzərdə tutulub ki, bu da 2022-ci ilin proqnozundan 5.9 faiz, 2021-ci ilin icrası ilə müqayisədə 25.3 faiz çoxdur. Bütövlükdə, 2023-cü ildə sosial istiqamətlər üzrə artımlar nəzərdə tutulub. Bununla yanaşı, gələn ildə də inflyasiyaya qarşı mübarizə prioritet olaraq qalacaq. Dünya iqtisadiyyat üçün proqnozlar heç də ürəkaçan olmadığı üçün idxal inflyasiyası gələn ildə də istehlak bazarımıza təsirsiz ötüşməyəcəcək. Bu baxımdan da, sosial müdafiə tədbirləri fiskal siyasətdə əsas istiqamət olaraq qalmaqdadır”.