Əliyev, Putin və Paşinyan Moskvada - GÖRÜŞƏCƏKLƏR

18 May 2023, 22:09
Əliyev, Putin və Paşinyan Moskvada - GÖRÜŞƏCƏKLƏR
Əliyev, Putin və Paşinyan Moskvada - GÖRÜŞƏCƏKLƏR

 

Azərbaycan Prezidenti İlham Əliyevin, Rusiya Prezidenti Vladimir Putinin və Ermənistanın baş naziri Nikol Paşinyan iştirakı ilə Moskvada üçtərəfli görüş keçiriləcək.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib. 

Paşinyan vurğulayıb ki, Rusiya tərəfdən müvafiq təklif daxil olub və Ermənistan bunu qəbul edib. Görüş mayın 25-nə təyin edilib.

Məlum olduğu kimi, mayın 19-da Moskvada xarici işlər nazirləri səviyyəsində üçtərəfli danışıqların keçirilməsi planlaşdırılır. (Marja)