Laçından yeni görüntülər - Ermənilər yenə yandırır

18 Avqust 2022, 14:33
Laçından yeni görüntülər - Ermənilər yenə yandırır
Laçından yeni görüntülər - Ermənilər yenə yandırır

Xəbər verdiyimiz kimi, Azərbaycanda qeyri-qanuni məskunlaşan ermənilər Laçını tərk edir.

“Qafqazinfo” xəbər verir ki, ermənilər növbəti dəfə Azərbaycan ərazisində ekoloji terror törədiblər. Onların ərazilərimizə od vurmasını əks etdirən yeni görüntülər yayılıb.

Dron vasitəsi ilə əldə olunan videolarda ermənilərin meşələrə, evlərə necə od vurması aydın şəkildə görünür.

Qeyd edək ki, bundan əvvəl də Laçını, Zabux və Sus kəndlərini tərk edən ermənilərin evlərimeşələri yandırması ilə bağlı videolar yayılmışdı. Baş vermiş hadisələrlə bağlı Azərbaycanın Baş Prokurorluğu tərəfindən müvafiq cinayət işi açılıb.