Laçın dəhlizinə alternativ yeni yolun fəaliyyətə başlayacağı tarix - AÇIQLANIB

29 Avqust 2022, 18:36
Laçın dəhlizinə alternativ yeni yolun fəaliyyətə başlayacağı tarix - AÇIQLANIB
Laçın dəhlizinə alternativ yeni yolun fəaliyyətə başlayacağı tarix - AÇIQLANIB

Laçın dəhlizinə alternativ olan yeni yol avqustun 30-u axşam saat 22:00-dan nəqliyyatın hərəkətinə açıq olacaq.

FED.az xəbər verir ki, yolu Gorus-Xankəndi magistralı ilə birləşdirən 4,7 kilometrlik hissənin asfaltlaşması işləri bitib.

Bundan əvvəl yoldan istifadə olunmasına avqustun 31-də başlanacağı bildirilmişdi.

Qeyd edək ki, Azərbaycan Laçın dəhlizinə alternativ yolun öz ərazisinə düşən 22 km-lik hissəsini vaxtından əvvəl istifadəyə verib.

Ermənistan isə yolun 11,8 kilometrlik Tex-Kornidzor hissəsinin inşasına yeni başlayıb.