Koronavirusa yoluxanların sayı 300-ü keçdi

21 İyul 2022, 20:59
Koronavirusa yoluxanların sayı 300-ü keçdi
Koronavirusa yoluxanların sayı 300-ü keçdi

Koronavirusa yoluxanların sayı 300-ü keçdi

 

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 305 yeni yoluxma faktı qeydə alınıb, 175 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən iki nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 795 495 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 784 356 nəfər müalicə olunaraq sağalıb, 9 729 nəfər vəfat edib, aktiv xəstə sayı 1 410 nəfərdir.