KİV: Ərdoğan iyunun 13-də Azərbaycana səfər edəcək

9 İyun 2023, 14:15
KİV: Ərdoğan iyunun 13-də Azərbaycana səfər edəcək
KİV: Ərdoğan iyunun 13-də Azərbaycana səfər edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 12 iyunda Şimali Kipr Türk  Cümhuriyyətinə səfər edəcək.

Bu barədə “Yeni Şafak” qəzeti məlumat yayıb.

Ərdoğanın Şimali Kiprdə Prezident Ersin Tatarla görüşəcəyi bildirilir.

Nəşrin xəbərinə görə, Türkiyə lideri iyunun 13-də isə Azərbaycana səfər edəcək, Prezident İlham Əliyevlə görüşəcək.

Ərdoğanın Azərbaycana səfəri zamanı iki dövlət başçısının Cənubi Qafqazda sülh və sabitliyə yönəlik bəyanatlarla çıxış edəcəkləri qeyd olunub.