Rusiya Prezidenti Vladimir Putin iki həftədən sonra Federal Məclisə müraciət edə bilər. APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə RİA Novostiyə Dövlət Dumasındakı mənbə bildirib.
Qeyd edək ki, Rusiya Prezidenti hər il Dövlət Dumasının deputatlarına və Federasiya Şurasının üzvlərinə ölkədəki vəziyyət, daxili və xarici siyasətin əsas istiqamətləri haqqında müraciət edir.
Dünən Kremlin sözçüsü Dmitri Peskov bu il Putinin böyük mətbuat konfransının planlaşdırılmadığını açıqlamışdı.