FED.az xəbər verir ki, belə bir təkliflə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında deputat Vüqar Bayramov çıxış edib.O qeyd edib ki, nağdsız əməliyyatların stimullaşdırılması məqsədilə geri qaytarılan əlavə dəyər vergisinin (ƏDV) nağd əməliyyatlara görə 10 faizdən 5 faizə endirilməsi, nağdsız əməliyyatlara görə isə 15 faizdən 17,5 faizə qaldırılması nəzərdə tutulur.
“Biz nağd ödənişlərə görə geri qaytarılan məbləği 5 faiz azaldırıq, nağdsız əməliyyatlara görə, vəsaiti 2,5 faiz artırıq. Yaxşı olardı ki, nağdsız əməliyyatlara görə nəzərdə tutulan vəsaiti də 5 faiz, yəni 15 faizdən 20%-ə artıraq. Bu halda biz plastik kartlardan istifadəni daha çox stimullaşdıra bilərik”, - deyə o əlavə edib.