İsveçrə Avropa İttifaqının Rusiya və İrana qarşı sanksiyalarına qoşulub.
APA xəbər verir ki, bu barədə İsveçrə Federal Şurası məlumat yayıb.Bildirilib ki, Aİ dekabrın 16-da Rusiyanın 141 fiziki və 49 hüquqi şəxsini doqquzuncu sanksiyalar paketi çərçivəsində sanksiya siyahısına daxil edib. İrana gəlincə, Avropa İttifaqı dekabrın 12-də dörd fiziki şəxs və dörd müəssisəyə qarşı sanksiyalar elan edib. Bununla bağlı İsveçrə Avropa İttifaqının siyahılarına uyğun olaraq özünün Moskva və Tehrana qarşı sanksiyalar siyahısını genişləndirib.