İstanbula uçuşlarda endirimə başladı – GEDİŞ-GƏLİŞ 357 MANAT

23 Yanvar 2023, 10:38
İstanbula uçuşlarda endirimə başladı – GEDİŞ-GƏLİŞ 357 MANAT
İstanbula uçuşlarda endirimə başladı – GEDİŞ-GƏLİŞ 357 MANAT

Türk Hava Yolları Azərbaycandan İstanbula uçuşlarda endirimə başlayıb.

Kampaniya Bakı, Gəncə və Naxçıvandan İstanbula uçuşları əhatə edir.  Belə ki, kampaniya çərçivsində Bakı - İstanbul - Bakı - 393 azn ( 448 azn baqajlı), İstanbul - Bakı - İstanbul - 357 azn ( 418 azn baqajlı) qiymətə təklif olunur.

Gəncədən uçuşlarda isə Gəncə-İstanbul-Gəncə - 336 azn ( 382 azn baqajlı), İstanbul - Gəncə - İstanbul - 305 azn (349 azn baqajlı) müəyyən edilib.

Eyni qiymət Naxçıvandan İstanbula uçuşlarda da tətbiq edilib - Naxçıvan - İstanbul - Naxçıvan - 336 azn ( 382 azn baqajlı), İstanbul - Naxçıvan - İstanbul - 305 azn (349 azn baqajlı).

Kampaniya yanvarın 26-dək davam edir. Belə ki, satış tarixləri 16.01.2023 - 26.01.2023 arasındadır. Uçuş tarixləri isə 16.01.2023-dən başlayaraq 10.06.2023-dək dəyişir.

Bununla yanaşı, bu qiymətlər Novruz bayramı tarixlərinə aid deyil.