İlon Mask sərvət itkisinə görə “Ginnesin Rekordlar “kitabına düşdü

11 Yanvar 2023, 11:20
İlon Mask sərvət itkisinə görə “Ginnesin Rekordlar “kitabına düşdü
İlon Mask sərvət itkisinə görə “Ginnesin Rekordlar “kitabına düşdü

 

İlon Mask dünyanın ən çox pul itirən adamı kimi tarixə düşdü. Ginnes Maskı "tarixdə şəxsi sərvətini ən çox itirən şəxs" adlandırıb.

Tesla və Twitter-in baş direktoru keçən il böyük bir sərvət itirib. Belə ki,Forbes bu yaxınlarda Maskın xalis sərvətinin bir il ərzində 183 milyard dollar, Bloomberg isə 200 milyard dollar azaldığını bildirmişdi.

Maskdan əvvəlki rekord 2000-ci ildə Softbank-ın qurucusu və baş direktoru Masayoşi Sona aiddir.  Masayoşi Sonun 2000-ci ildə 58,6 milyard dollar itirdiyi qeyd olunurdu. 

Mask həm də dünyanın ən zəngin insanı mövqeyini itirib. Siyahıda Maskın yerini  Louis Vuitton şirkətinin sahibi Bernard Arnault tutub. Forbes-in son hesablamalarına görə, Maskın hazırkı sərvəti 144,4 milyard dollar civarındadır.