Hökməlidə əməliyyat - 5 nəfər tutuldu

31 Yanvar 2023, 13:32
Hökməlidə əməliyyat - 5 nəfər tutuldu
Hökməlidə əməliyyat - 5 nəfər tutuldu

Abşeron RPİ Qobu Polis Bölməsinin əməkdaşları əməliyyat keçirib.

 Hökməlidə həyata keçirilən tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 5 nəfər saxlanılıb. Əməliyyat zamanı qəsəbədə yaşayan İlqar Niyazov, Faiq Qeybullayev, Azər Məmmədov, Niyazi Kazımov və Sevindik Kərimov tutulub. Onların üzərində axtarış zamanı narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar edilib. Saxlanılan şəxslər Hökməli və ətraf qəsəbələrdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını bildiriblər.

Faktlarla bağlı Qobu Polis Bölməsində toplanan materiallar Abşeron RPİ-yə göndərilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.