Əhalinin banklardakı əmanətləri 27%-ə yaxın artıb

26 Sentyabr 2022, 21:45
Əhalinin banklardakı əmanətləri 27%-ə yaxın artıb
Əhalinin banklardakı əmanətləri 27%-ə yaxın artıb

 

Azərbaycanda əhalinin banklardakı əmanətləri bu ilin sentyabrın 1-nə 10 milyard 858.4 milyon manata çatıb.

"APA-Economics" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, yanvar-iyul ayları ilə müqayisədə 0,4% çoxdur. Ötən ilin eyni dövrü ilə müqayisədə isə əhalinin banklardakı depozitləri 26,8% artıb.

Belə ki, 2021-ci ilin yanvar-iyul aylarında bu əmanətlərin həcmi 8 milyard 559.1 milyon manat təşkil etmişdi.