Əhalinin banklardakı əmanətləri 10,8 milyard manatı keçib

14 Sentyabr 2022, 13:24
Əhalinin banklardakı əmanətləri 10,8 milyard manatı keçib
Əhalinin banklardakı əmanətləri 10,8 milyard manatı keçib

 

Əhalinin banklardakı əmanətlərinin məbləği il ərzində 25,7 faiz artaraq 2022-ci il avqust ayının 1-nə milli valyuta ekvivalentində 10,817,1 milyard manat təşkil edib.

APA xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında qeyd olunub.

Bildirilib ki, əmanətlərin 60,1 faizi milli, 39,9 faizi xarici valyutada qoyulub, milli valyutada olan əmanətlərin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 36,6 faiz, xarici valyutada qoyulan əmanətlərin məbləği isə 12,2 faiz artıb.