Hacı Əliyev 4-cü dəfə Avropa çempionu oldu

18 Aprel 2023, 21:49
Hacı Əliyev 4-cü dəfə Avropa çempionu oldu
Hacı Əliyev 4-cü dəfə Avropa çempionu oldu

Azərbaycan güləşçisi Hacı Əliyev Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında final görüşünə çıxıb.

“Qafqazinfo” xəbər verir ki, titullu idmançı həlledici qarşılaşmada bolqarıstan idmançısı Ramazan Ramazanovla üz-üzə gəlib.

Hacı Əliyev bu qarşılaşmadan qalib ayrılıb. O, 4-cü dəfə qitənin ən güclüsü adına layiq görülüb.