“Google Pay” Azərbaycanda istifadəyə verildi

23 Avqust 2022, 17:29
“Google Pay” Azərbaycanda istifadəyə verildi
“Google Pay” Azərbaycanda istifadəyə verildi

Bu gün “Google Pay” Azərbaycanda rəsmi olaraq istifadəyə verilib.

Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb. 

Qeyd olunub ki, artıq Azərbaycanda Android telefon və ya Wear OS istifadəçiləri Google Wallet tətbiqi vasitəsilə ödəniş kartlarını yadda saxlaya, “Google Pay” ilə rahat, təhlükəsiz və təmassız ödənişləri həyata keçirə biləcəklər.