Gələn il manatın məzənnəsi sabit qalacaq

15 Sentyabr 2022, 22:29
Gələn il manatın məzənnəsi sabit qalacaq
Gələn il manatın məzənnəsi sabit qalacaq

 

2023-cü ildə makroiqtisadi sabitliyin qorunması məqsədilə fiskal və monetar siyasətlərin əlaqələndirilməsinin gücləndirilməsi milli valyutanın mübadilə məzənnəsinin cari ildəki kimi sabit qalmasını dəstəkləyəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə 2023-cü ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair məlumatda bildirilir.

Qeyd edilir ki, İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunan makroiqtisadi proqnozlarda 2023-2026-cı illər üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi 1,7 manat səviyyəsində götürülüb.