Gələn il dövlət büdcəsinin kəsiri 2,5 milyard manatdan çox proqnozlaşdırılır

15 Sentyabr 2022, 22:26
Gələn il dövlət büdcəsinin kəsiri 2,5 milyard manatdan çox proqnozlaşdırılır
Gələn il dövlət büdcəsinin kəsiri 2,5 milyard manatdan çox proqnozlaşdırılır

 

2023-cü ildə dövlət büdcəsinin kəsiri 2579,3 milyon manat proqnozlaşdırılır.

APA xəbər verir ki, bu, Maliyyə Nazirliyinin yaydığı məlumatda qeyd edilib.

Bildirilib ki, bunun da 1405,3 milyon manatının (54,5 faiz) borclanma, 1074,0 milyon manatının (41,6 faiz) vahid xəzinə hesabının qalığı, 100,0 milyon manatının (3,9 faiz)
özəlləşmədən daxilolmalar hesabına maliyyələşdirilməsi nəzərdə tutulur.