Fransada pensiya yaşının 64-ə qaldırılması qəbul edilib

15 Mart 2023, 22:13
Fransada pensiya yaşının 64-ə qaldırılması qəbul edilib
Fransada pensiya yaşının 64-ə qaldırılması qəbul edilib

Fransada senator və deputatlardan ibarət Müştərək Komissiya pensiya yaşının 62-dən 64-ə qaldırılmasını nəzərdə tutan maddəsini qəbul edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu maddə bütün ölkədə kütləvi tətillər və etirazlara səbəb olub.

Bildirilib ki, komissiya pensiya yaşının mərhələli şəkildə 62-dən 64-ə qaldırılmasını nəzərdə tutur.