Formula 1 Azərbaycan iqtisadiyyatına 500 milyon dollar gəlir gətirib - Əməliyyat Şirkəti

18 Aprel 2023, 13:55
Formula 1 Azərbaycan iqtisadiyyatına 500 milyon dollar gəlir gətirib - Əməliyyat Şirkəti
Formula 1 Azərbaycan iqtisadiyyatına 500 milyon dollar gəlir gətirib - Əməliyyat Şirkəti

İlk dörd ilin göstricilərinə görə Formula 1 Azərbaycan Qran Prisinin keçirilməsindən ölkə iqtisadiyyatına gələn gəlir 500 milyon dollar olub.

Bunu Trend-ə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin mətbuat katibi Turab Teymurov deyib.

O qeyd edib ki, 2023 Formula 1 Azərbaycan Qran Prisi də ölkə iqtisadiyyatına böyük töhfə verəcək.

 

“Bu il də maksimal sayda azarkeşlərin gəlməsi iaşə obyektləri və digər obyektlər üçün, ümumi iqtisadiyyatımız üçün öz töhfəsini verəcək. Bu yarışlarn Azərbaycan iqtisadiyyatına gətirəcəyi faydalar hesablanıb açıqlanacaq”, - deyə o əlavə edib.

Qeyd edək ki, 2023 Formula 1 Azərbaycan Qran Prisi 28-30 aprel tarixlərində baş tutacaq. Qran Pridə 10 komanda iştirak edəcək.