“Fitch” 2023-cü il üçün qlobal ÜDM artımı proqnozunu 1,4%-ə qədər aşağı salıb

6 Dekabr 2022, 10:25
“Fitch” 2023-cü il üçün qlobal ÜDM artımı proqnozunu 1,4%-ə qədər aşağı salıb
“Fitch” 2023-cü il üçün qlobal ÜDM artımı proqnozunu 1,4%-ə qədər aşağı salıb

 

“Fitch Ratings” 2023-cü il üçün qlobal ÜDM artımı proqnozunu 1,7%-dən 1,4%-ə qədər aşağı salıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə beynəlxalq reytinq agentliyi məlumat yayıb.

“Mərkəzi banklar inflyasiya ilə mübarizəni gücləndirdikcə və Çinin əmlak bazarına dair proqnozlar pisləşdikcə, 2023-cü il üçün qlobal ÜDM proqnozları yenidən aşağı salınıb”, - “Fitch Ratings”in “Dünya İqtisadiyyatının Perspektivləri” adlı hesabatında qeyd edilib.

Bundan başqa, “Fitch” ABŞ iqtisadiyyatının 2023-cü il üçün artım proqnozunu 0,5%-dən 0,2%-ə qədər aşağı salıb. Buna səbəb ABŞ-da kredit-monetar siyasətin sərtləşdirilməsidir. Çinin 2023-cü il üçün ÜDM artımı proqnozu isə 4,5%-dən 4,1%-ə endirilib.