ABŞ Federal Ehtiyat Sistemi (FED) bu il yeddinci iclasını keçirib.
FED siyasət faizini 75 baza bəndi artıraraq 3,75-4,00 faiz aralığına çatdırıb.
Bu da son 14 ilin ən yüksək səviyyəsidir.
ABŞ Federal Ehtiyat Sistemi Rusiya-Ukrayna müharibəsinin iqtisadiyyata mənfi təsirini vurğulayaraq, inflyasiyanın, xüsusilə ərzaq və enerji qiymətlərinin hələ də yüksək olduğunu qeyd edib.
Qeyd edək ki, FED ilin son iclasını dekabrın 13-14-də keçirəcək.