Fazil Məmmədov vəfat etdi

4 Noyabr 2022, 11:14
Fazil Məmmədov vəfat etdi
Fazil Məmmədov vəfat etdi

Azərbaycanın keçmiş vergilər naziri Fazil Məmmədov dünyasını dəyişib.

Bu barədə “Qafqazinfo”ya eks-nazirin yaxınları məlumat verilib.

Xatırladaq ki, 1964-cü il təvəllüdlü Fazil Məmmədov 2000–2017-ci illərdə vergilər naziri vəzifəsini icra edib. O, eyni zamanda 2007–2018-ci illərdə Azərbaycan Güləş Federasiyasının prezidenti olub. 

Qeyd edək ki, bir neçə il əvvəl F. Məmmədovun qaraciyər serrozuna tutulduğu haqda xəbərlər yayılsa da, onun pankreatitdən (mədəaltı vəzin iltihabı) əziyyət çəkdiyi məlum olmuşdu. Eks-nazir Türkiyədə müalicə alırdı.