Etilen-Polietilen Zavodunda yanğın. Nazir müavini əraziyə gedib

13 İyun 2023, 14:17
Etilen-Polietilen Zavodunda yanğın. Nazir müavini əraziyə gedib
Etilen-Polietilen Zavodunda yanğın. Nazir müavini əraziyə gedib

Etilen-Polietilen Zavodunda baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.

Bu barədə FHN-ə istinadən xəbər verir.

 

Hazırda fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev, Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi daxili xidmət general-mayoru Hikmət Abbasov və Nazirliyin baş hərbi eksperti polkovnik Fərhad Səmədov hadisə yerindədir.

XXX

13:14 - Məlumat verildiyi kimi, Sumqayıt şəhərində yerləşən Etilen-Polietilen Zavodunda yanğın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumat əsasında FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, hazırda yanğının yayılmasının qarşısının alınması və məhdudlaşdırılması istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.