Ermənistanla İran arasında ticarət dövriyyəsi 40%-dən çox artıb

19 Aprel 2023, 14:17
Ermənistanla İran arasında ticarət dövriyyəsi 40%-dən çox artıb
Ermənistanla İran arasında ticarət dövriyyəsi 40%-dən çox artıb

Ötən il Ermənistan və İran arasında ticarət dövriyyəsi təxminən 711 mln. ABŞ dolları təkil edib, bu da illik müqayisədə 42%-ə yaxın çoxdur.

Ermənistan mətbuatının verdiyi xəbərə görə, bu barədə “2022-ci ildə Ermənistan hökumətinin proqramının (2021-2026-cı illəri əhatə edir – red.) icrasının gedişatı və nəticələri haqqında” hesabatda deyilir.Ermənistanla Gürcüstan arasında ticarət dövriyyəsi ötən ilin nəticələrinə görə 879 mln. dollar təşkil edib, bu da illik müqayisədə iki dəfədən çox artım deməkdir.