İsveçin geyim pərakəndə satış şəbəkəsi H&M Rusiyadakı fəaliyyətini dayandırır.
Dünyanın ən böyük geyim pərakəndə satış şirkəti H&M, Rusiyadakı fəaliyyətini tamamilə dayandırmaq qərarına gəlib.
Marja şirkətin açıqlamasına istinadən xəbər verir ki, "H&M Group" Rusiya bazarını tərk etmək qərarını "əməliyyat problemləri və qeyri-müəyyən gələcək" ilə izah edib.
Xatırladaq ki, martın əvvəlində "H&M Group" Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyada satışlarını müvəqqəti dayandırmışdı.
Şirkətin Rusiyada 150-dən çox mağazası fəaliyyət göstərirdi.