Dünyanın 100 ən böyük silah şirkətinin satışının həcmi 2021-ci ildə - 1,9% ARTIB

5 Dekabr 2022, 12:47
Dünyanın 100 ən böyük silah şirkətinin satışının həcmi 2021-ci ildə - 1,9% ARTIB
Dünyanın 100 ən böyük silah şirkətinin satışının həcmi 2021-ci ildə - 1,9% ARTIB

Stokholm Beynəlxalq Dünya Problemlərinin Tədqiqi İnstitutunun (SIPRI) bazar ertəsi dərc etdiyi hesabata görə, əvvəlki illə müqayisədə, 2021-ci ildə ilk 100-lüyə daxil olan silah şirkətlərinin satışının həcmi 1,9% artaraq 592 milyard dollar təşkil edib.

2020-2021-ci illərdə silah ticarəti artım nümayiş etdirsə də, onun dinamikası 3,7% səviyyəsində olan pandemiyadan əvvəlki səviyyədən aşağıdır. COVID-19 pandemiyası qlobal təchizat zəncirlərinə ciddi mənfi təsir göstərib.

Amerika şirkətləri əvvəlki kimi reytinqə başçılıq edir. İlk 100-lükdə 40 ABŞ şirkəti var və onların ümumi satışları 299 milyard dollar təşkil edib.İlk yüzlüyün beş lideri də ABŞ-dan olan şirkətlərdən ibarətdir.