Qətər dünya çempionatını keçirmək hüququnu aldıqdan sonra bir çox qalmaqallı xəbərlər yayılmağa başladı. Dünya mətbuatı adıçəkilən ölkənin rüşvətlə bu hüququ əldə etdiyini bildirdi. Həmçinin dünyanın bir çox yığmaları mundialın Qətərdə keçirilməsinə etiraz etdi və səbəb kimi ölkədə insan haqlarının qorunmadığı göstərilirdi. Sonuncu bu cür açıqlamanı isə Almaniya yığmasının baş məşqçisi Hans-Diter Flik vermişdi. Lakin bütün bunlara baxmayaraq FİFA dünya çempionatının təşkilatı hüququnu Qətərdən almadı. Maraqlıdır ki, Qətərə dünya çempionatını keçirmək hüququ verən FİFA prezidenti Zepp Blatter sonradan rüşvət almaqda ittiham edilərək həbs olundu.
Dünya çempionatı ətrafında etirazların bir qismi də havanın temperaturunu yüksək olması ilə bağlı idi. Bunu nəzərə alan ali futbol qurumu yarışı adəti üzrə yay aylarında deyil noyabr-dekabr aylarında keçirməyə qərar verdi. Amma bu da kifayət etmirdi. Qətər hökuməti yüksək temperaturu nəzərə alaraq stadionlarda kondisionerlər quraşdırmaq qərarı aldı. Hidrometroloqlar isə bildirir ki, mundialın keçiriləcəyi şəhərlərdə hava 32-33 dərəcə isti olacaq.
Turnirdə iştirak edəcək ölkələrin vətəndaşları isə bu ölkədəki şəhərlərdə spirtli içki qadağası olmasından narahatlıqlarını dilə gətirdi. Dünya çempionatının baş meneceri Hassan Abdullah Al Tavadi isə bu qadağanın yarışların keçiriləcəyi zaman ərzində aradan qaldırılacağı açıqlamasını verdi. Artıq 1 ay müddətində bu ölkədə istənilən məkanda spirtli içki qəbul etmək sərbəst olacaq.
Dünya çempionatının keçirilmə tarixinin noyabr-dekabr aylarına dəyişdirilməsindən sonra bir çox ölkələrin liqalarında da təqvim dəyişdi. Artıq noyabrın il 10 günündə bir sıra ölkələrdə daxili yarışlar dayandırılacaq.
Bəs, dünya çempionatı hansı şəhərlərdə və stadionlarda baş tutacaq?
Lusail şəhərindəki “Lusail İkonik Arena”da matçlar keçiriləcək. Bu stadionun tutumu 80 min nəfərlikdir.
Yarışlara sahiblik edəcək digər şəhər isə Havrdır. Buradakı “Əl Bayt” stadionunun tutumu isə 60 mindir.
Paytaxt Dohada isə 2 stadion oyunları qəbul edəcək. “974” və “Əl Tumama” stadionlarında oynanılacaq oyunları 40 min azarkeş izləyə biləcək.
Er-Rəyyan şəhərində də iki arenada oyunlar keçiriləcək. Yeni tikilən şəhər stadionu 45 min 350 nəfərlik tutuma malikdir. İkinci stadion olan “Əhməd Bin Əli” arenası 44 min 740 azarkeş qəbul edəcək.
Oyunların keçiriləcəyi 5-ci şəhər isə Vekredir. Bu şəhərdəki “Xəlifə” stadionu da, “Əl Vakrah” stadionu da 40 min nəfərlik tərəfdarı qonaq edəcək.