FİFA prezidenti Canni İnfantino beynəlxalq futbolda inqilab etmək hər üç ildən bir dünya çempionatını keçirmək istəyir.
“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, İnfantino bunu idmana olan böyük maraqla əlaqələndirib.
Lakin 2030-cu ilə qədər beynəlxalq futbol təqvimi təsdiqləndiyi üçün bu, hələlik mümkün deyil.
Qeyd edək ki, FİFA Qətərdə keçirilən DÇ-2022-də 6,2 milyard funt sterlinq gəlir əldə edib.