Bu gün ABŞ Mərkəzi Bankı (FED) faiz qərarını açıqlayacaq.
Marja.az xəbər verir ki, qərar Bakı vaxtı ilə saat 22:00-da bəyan ediləcək. Saat 22:30-da isə FED sədrinin mətbuat konfransı başlayacaq.
Hazırda FED-in failəri 5,00%- 5,25% aralığındadır.
May ayında ABŞ-da inflyasiya yavaşlayıb. Bu vəziyyət, FED-in faiz artırmağı dayandırmasına şərait yaradır. ABŞ-da illik inflyasiya 4,9%-dən 4%-ə düşüb (ötən ilin may ayı ilə müqayisədə), bu, 2021-ci ilin martından bəri ən aşağı səviyyədir.
Bəzi iqtisadçıların gözləntisi FED-in İyunda da 0,25 faiz bəndi faiz artıraraq pauza verəcəyidir. Bəzi iqtisadçılar isə FED-in bu iclasa faizlərini sabit saxlayacağını gözləyir.